Azərbaycan Ordusunun yeni mobil sığınacaqları – FOTO

Azərbaycan Silahlı  Qüvvələrindəə mobil sığınacaqların inşasına başlanıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidməti nazir general-polkovnik Zakir Həsənovun cəbhə xəttindəki hərbi hissələrə son səfərində yeni sığınacaqların fotolarını nümayiş etdirib.

Sığınacaqlar hərbçiləri düşmənin artilleriya atəşindən qorumaq üçün xəndəklərdə basdırılmış böyük diametrli borulardan ibarətdir. Sığınacaqların üzəri təlimata uyğun olaraq bağlanıb. Obyektlər işıqlandırma və havalandırma sistemi ilə təchiz edilib.

Sığınacaqların yerinin qısa müddətdə dəyişdirilməsi mümkündür.

Mobil sığınacaqların bütün hərbi hissələrin ön xətdəki bölmələrində tətbiqi işləri aparılır.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş