Azərbaycan ötən il Rusiyadan 6 ədəd hərbi nəqliyyat helikopteri alıb

“Rusiya Helekopterləri” (Vertolyot Rossii) şirkəti 2015-ci ildə sifarişçilərə 212 ədəd helekopterin satışını gerçəkləşdirib.

Bu barədə “AzeriDefence” Rusiya mətbuatına istinadən məlumat verib.

Şirkətlə sifarişçilər arasında bağlanan müqavilələrin icrası zamanı hərbi-texniki əməkdaşlıq xətti ilə Hindistana 23  ədəd Mi-17-V5 helekopteri satılıb və 6 ədəd Ka-31 helikopterində modernləşdirmə həyata keçirilib. Bundan başqa, İndoneziya, Banqladeş, Peru, İraq, Şri-Lanka və Kubaya Mi-171 hərbi nəqliyyat helekopterlərin müxtəlif modifikasiyaları təhvil verilib. Cənubi Koreya isə Rusiyadan üç ədəd Mi-172 markalı sərnişin helekopteri alıb.

Hesabat dövründə Azərbaycana 6 ədəd Mi-17-V1 nəqliyyat-döyüş helikopterinin çatdırılması gerçəkləşdirilib.

Bu dövrdə Əlcəzair Rusiyadan 6 ədəd ağır Mi-26T2, İraq 4 ədəd M-35  və 2 ədəd Mi-28, Zambiya açıqlanmayan sayda Mi-17, Anqola isə Mi-8AMTŞ helikopteri alıb. Dövlət müdafiə sifarişi çərçivəsində Rusiya Federasiyasının Müdafiə Nazirliyinə Ka-52 və Mi-28N zərbə, çoxməqsədli Mi-35 və Mi- 8/17, yüngül Ka-226 və ağır Mi-26 nəqliyyat helekopterlərinin çatdırılması həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan və Rusiya arasında 2010-cu ildə 40 ədəd Mi-17 nəqliyyat-döyüş helikopterinin satın alınmasına dair müqavilə imzalanıb. helikopterlərin çatdırılması 2011-ci ilin sonlarından başlayaraq həyata keçirilməkdədir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş