Azərbaycan-Pakistan birgə təlimi keçirilə bilər

Gələn il Azərbaycan və Pakistan Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi nəzərdə tutulur.

Bu barədə “AzeriDefence”yə diplomatik mənbələrdən məlumat verilib.

Hələ ki ilk təlimin hansı ölkədə keçiriləcəyi və tarix dəqiqləşməyib.

Birgə təlimin keçirilməsi təklifi Pakistan tərəfindən olub. Pakistan eyni zamanda “Turaz Qartalı” təliminə qatılmaq niyyətindədir.

KATEQORIYA:
Bu xəbəri paylaş