Azərbaycan Rusiyanın yeni helikopterləri ilə maraqlanır – EKSKLÜZİV

Azərbaycan Rusiya istehsalı olan Ka- 62 və “Ansat” helikopterləri ilə maraqlanır.

Bu barədə “AzeriDefence”nin “HeliRussia-2017” helikopter sərgisində olan əməkdaşına “Vertolyot Rossii” şirkətindən məlumat verilib.

Bildirilir ki, istehsalçı şirkətlə Azərbaycanın “Silk Way Helicopter Services” şirkətinin rəhbərliyi arasında görüş olub. Sərgi çərçivəsində helikopterlərin texniki imkanları barədə Azərbaycan heyətinə ətraflı məlumat verilib.

İstehsalçı müəssisənin nümayəndələri Azərbaycanın da yaxın perspektivdə adıçəkilən helikopterlər üçün potensial alıcı ola biləcəyini düşünürlər.

Qeyd edək ki, ilk prototipi 2013-cü ildə təqdim olunan Ka-62 helikopteri ilk uçuşu 2016-ci ilin aprelində reallaşdırıb.

1175 at gücündə iki ədəd “Turbomeca Ardiden 3G” mühərriki ilə təchiz edilmiş helikopterin sürəti 310 km/saat, kreyser sürəti 290 km/saat, statik tavanı 3800 metr, praktiki tavanıı 3200 metr, maksimal uçuş məsafəsi 720 km təşkil edir.

“Ansat”

 

KATEQORIYA:
Bu xəbəri paylaş