Azərbaycan sərhədçiləri İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən Rusiya vətəndaşını saxlayıblar

Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində “Baki-İstanbul” aviareysi ilə İŞİD terror təşkilatına qoşulmaq məqsədi ilə Suriyaya getmək istəyən Rusiya Federasiyası vətəndaşı, Sankt-Peterburq şəhər sakini 30.06.1989-cu il təvəllüdlü Ziyadxanov Əhmədxan İdrisoviç saxlanılıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Araşdırma zamanı Ə.Ziyadxanovun əvvəllər oğurluq və soyğunçuluğa görə 2 il 6 ay RF-də həbsdə olması, azadlığa çıxdıqdan sonra isə radikal dini qruplaşma üzvləri ilə əlaqəyə girərək İŞİD terror təşkilatına qoşulmaq üçün Azərbaycan və Türkiyə ərazisindən tranzit istifadə etmək niyyətində olması müəyyənləşdirilib.

Fakt üzrə araşdirmalar davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş