Azərbaycan Silahlı Qüvvələri Ermənistan Ordusunun mövqelərini vurdu -VİDEO

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə atəşkəs rejimini pozaraq təxribat törədən Ermənistan Ordusunun mövqelərinin cavab zərbəsi ilə vurulmasını əks etdirən video görüntülər yayıb.

“AzeriDefence”nin məlumatına görə, Müdafiə Nazirliyinin yaydığı videoda erməni mövqelərinin necə vurulması, eləcə də itkiləri aydın görünür.

Azərbaycan artilleriyasının atəşindən erməni əsgərlərinin qaçdığı sığınacağaq da dəqiq zərbələrlə vurulub.

Görüntülər pilotsuz uçuş aparatından qeydə alınıb.

Bu arada artilleriya raket-artilleriya qoşunların hərbi hissəsinin açılışında müdafiə naziri general-polkovnik Zakir Həsənov bəyan edib ki, Azərbaycan Ordusunun ermənilərə endirəcəyi zərbələr daha ağır və sərt olacaq.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş