Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayır

Azərbaycan Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətində “AzeriDefence”yə verilən məlumata görə, prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabrın 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş