Azərbaycan Silahlı Qüvvələrində “Ən yaxşı hərbi topoqraf” adı uğrunda yarış keçirilib

2017-ci tədris ilinin hazırlıq planına əsasən Azərbaycan Silahlı Qüvvələrinin topogeodeziya ixtisaslı zabitlərinin “Ən yaxşı hərbi topoqraf” adı uğrunda yarışı keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeddi element üzrə təşkil olunan yarışda iştirakçılar ərazidə səmtləşmə, GPS vasitəsilə dayanma nöqtəsinin təyini, teodolitin quraşdırılması, xüsusi proqramda koordinatların çevrilməsi, xəritələrin nomenklatura üzrə birləşdirilməsi, ərazidə azimutla hərəkət və fiziki hazırlıq üzrə bacarıqlarını nümayiş etdiriblər.

Ümumi nəticəyə görə zabitlər R.İsayev birinci, R.Nuhov ikinci və T.Məmmədov üçüncü yeri tutublar.

Yarış iştirakçıları eyni vaxtda müasir kartoqrafik proqram təminatlarının imkan və qabiliyyətləri ilə yaxından tanış olublar.

KATEQORIYA:
Bu xəbəri paylaş