Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir

Oktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrdə “NATO Günləri” tədbiri keçirilir.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi general-leytenant Ali Çetinkayanın (Türkiyə Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaqlar.

Tədbir oktyabrın 8-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş