Azərbaycan şirkəti “Dubai Airshow-2015” sərgisində – FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2015” beynəlxalq aviasiya sərgisi və şousu davam edir.

“AzeriDefence”nin məlumatına görə, dünyanın ən böyük aviasiya sərgilərindən olan “Dubai Airshow”da artıq 7-ci dəfədir Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edir.

Azərbaycanın ən böyük müdafiə və aviasiya qurumlarından olan “Azairtechservice” şirkətinin stendində “Azərbaycan Aviasiya Təmir” və “Gəncə Aviasiya Təmir” zavodlarının potensialı da nümayiş etdirilir.

Sərgidə Azərbaycan müəssisələrindən “Gəncə Aviasiya Təmir” Zavodunun Mi-8/17 tipli helikopterlərin mühərriklərinin və planerinin təmiri, “Azərbaycan Aviasiya Təmir” zavodunun MiQ və Su seriyalı döyüş təyyarələrinin, Mi-24 və Mi-8/17 tipli helikopterlərin, habelə hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi istiqamətində imkanları tanıdılıb.

azair (2)

azair (1)

KATEQORIYA:
Bu xəbəri paylaş