Azərbaycan tankçıları “Tank biatlonu-2016” yarışmasında – FOTOLAR
Xəbər verdiyimiz kimi Azərbaycan Silahlı Qüvvələrinin tankçıları Rusiyada keçirilən “Tank biatlonu-2016” beynəlxalq yarışa qatılıblar.
“AzeriDefence”nin məlumatına görə, avqustun 2-də keçirilmiş 7-ci gedişdə meydana çıxan Azərbaycan tankçıları qrupunda Serbiya, Tacikistan və Rusiyanın DOSAAF təşkilatını təmsil edən tankçılarla yarışıblar. Azərbaycan tankçıları 28 dəqiqə 12 saniyə ərzində nəticələribaşa vuraraq qrup üzrə ikinci (Serbiyadan sonra) olublar.
Azərbaycan tankçılarının növbəti çıxışı avqustun 13-də olacaq.
Qeyd edək ki, Azərbaycan “Tank biatlonu” beynəlxalq yarışında ilk dəfədir iştirak edir.