Azərbaycan Türkiyə ilə hərbi sazişi ratifikasiya edib

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” anlaşma memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Məlumatda bildirilib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlimi müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” anlaşma memorandumu 2017-ci il aprelin 21-də Bakı şəhərində və mayın 5-də Ankara şəhərində imzalanıb.

Qeyd edək ki, Türkiyə Azərbaycanla imzalanan sözügedən hərbi əməkdaşlıq sazişini cari ilin oktyabrında ratifikasiya edib.

KATEQORIYA:
Bu xəbəri paylaş