Azərbaycan-Türkiyə təlimləri davam edir – VİDEO

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən hər iki ölkənin silahlı qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər.

Məlumat üçün bildirək ki, birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Bildirilir ki, birgə təlimlərdə min nəfərədək şəxsi heyət, 80-ə yaxın hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatan, Hərbi Hava Qüvvələrinin 12 ədəd Mi-35 döyüş və Mi-17 nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış, hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir.

Qeyd edək ki, təlimlərə Azərbaycan heyətinin rəhbəri, polkovnik Münasib Babayev, Türkiyə qrupunun rəhbəri isə polkovnik Hakan Açıqgözdür.

Təlimlər mayın 5-dək davam edəcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş