Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək

Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimlər keçirəcək.

“AzerDefence”in “Sputnik”ə istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın Təhlükəsizlik Şurasının katibi David Rakviaşvili Tiflisdə rəsmi səfərdə olan Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfulla Hacımüftioğlu ilə görüşdən sonra, jurnalistlərə açıqlamasında bildirib.

Gürcüstanın Təhlükəsizlik Şurasının katibi bildirib ki, tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli görüşlərində müzakirə olunan məsələlər haqqında da danışılıb.

Həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın təhlükəsizlik, iqtisadiyyat və enerji sahəsində əməkdaşlığının üçtərəfli formatı ilə tanışlıq olub.

Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi səfər çərçivəsində Gürcüstan müdafiə naziri Levan İzoria ilə də görüşüb.

Tədbirdə regional təhlükəsizlik mühiti və Qara Dəniz strateji təhlükəsizliyi əsas müzakirə mövzusu olub.

Çıxış edən L. İzoriya Azərbaycan, Türkiyə və Gürcüstanın üçtərəfli əməkdaşlığın strateji əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin əməkdaşlıq və inkişaf perspektivləri planı, müdafiə nazirlikləri arasında ikitərəfli hərbi əməkdaşlıq məsələlərindən danışılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş