Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Koordinasiya Qrupu yaradılır

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun toplantısı keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş oktyabrın 6-dan oktyabrın 8-dək Gürcüstanın Tiflis şəhərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin üçtərəfli əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi üzrə Koordinasiya Qrupunun yaradılması barədə qərar cari ilin may ayının 4-də Aknara şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşündə qəbul edilib.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq.

KATEQORIYA:
Bu xəbəri paylaş