Azərbaycan, Türkiyə və Gürcüstanın Baş Qərargah rəislərinin görüşü keçiriləcək

Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin görüşü keçiriləcək.

Bu barədə “AzeriDefence”yə Gürcüstanın Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşün bu ilin payız aylarında Gürcüstanda keçirilməsi nəzərdə tutulur.

Bu üçtərəfli formatda Baş Qərargah rəislərinin ilk görüşü olacaq.

Baş Qərargah rəislərinin görüşü məsələsi bu gün Batumidə Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşündə müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş