Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirləri bəyannamə imzalayıblar

Batumidə Gürcüstan, Türkiyə və Azərbaycanın müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib.

“AzeriDefence”nin Gürcüstanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, görüşdə qeyd olunub ki, üçtərəfli əməkdaşlıq regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasında mühümdür. Bu eləcə də üç ölkənin silahlı qüvvələrinin inkişafında rol oynayır. Nazirlər ölkələrin bir-birinin müstəqilliyini, ərazi bütövlüyü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəklədiklərini bəyan ediblər.

Görüşdə xüsusi diqqət üçtərəfli əməkdaşlığa, birgə hərbi təlimlərdə hərbi qulluqçuların iştirakı və üçtərəfli təlimlərin miqyasının artırılmasına yönəldilib. Gürcüstan Azərbaycan və Türkiyə tərəfinə Saçaxere Dağı Təhsil Məktəbində kursları davam edtdirməyi təklif edib.

Görüş müdafiə nazirlərinin birgə bəyannamə imzalanması ilə sona çatıb.

Qeyd edək ki, Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli görüşü 2012-ci ildən keçirilir. Bu günədək üçtərəfli formatda 5 görüş keçirilib.

KATEQORIYA:
Bu xəbəri paylaş