Azərbaycan-Ukrayna hərbi-texniki əməkdaşlıq komissiyasının iclasının keçiriləcəyi tarix bəlli oldu – EKSKLÜZİV

 

Komissiyasının iclasının yekununda bir neçə müqavilənin imzalanması da nəzərdə tutulur

Hərbi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi tarix bəlli olub.

“AzeriDefence”nin əldə etdiyi eksklüziv məlumata görə, işçi qrupun Bakı iclası fevralın 14-də keçiriləcək.

İclasda Ukraynadan “Ukroboronprom” Dövlət Şirkətinin, “Ukrspeçeksport” şirkətinin, “MotorSiç” helikopter mühərrikləri konserninin, Kiyev Zirehli Tank Zavodunun, Ukrayna Aviasiya Kompleksinin (keçmiş “Antonov” şirkəti) və digər müdafiə sənayesi qurumlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair konkret istiqamətlər üzrə danışıqlar aparılacaq.

Ukrayna nümayəndə heyətinin Azərbaycan Müdafiə Nazirliyində, Müdafiə Sənayesi Nazirliyində və digər aidiyatı dövlət qurumlarında görüşləri planlaşdırılır.

Komissiyasının iclasının yekununda bəzi istiqamətlər üzrə müqavilələrin imzalanması da nəzərdə tutulur.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş