Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Oktyabrın 26-da “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin Müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib

Görüşdə Azərbaycan və Almaniya arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş