Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında tibb xidməti üzrə görüş keçirilib

Azərbaycan Müdafiə Nazirliyi ilə Almaniya Federal Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 6-da Bakı şəhərində tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev, Almaniya Federal Müdafiə Nazirliyi Çevik Tibb Əməliyyat mərkəzinin nümayəndələri Ronni Mixael və Mikael Zann iştirak ediblər.

İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri “Tibb bölmələri əməliyyatlarda” mövzusunda müzakirələr aparacaq, təcrübə və fikir mübadiləsi keçirəcəklər.

Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalına baş çəkərək bölmə və şöbələrdə yaradılmış şəraitlə, eləcə də müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpusları ilə tanış olacaqlar.

KATEQORIYA:
Bu xəbəri paylaş