Azərbaycan və Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə seminar keçirilib

Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama üzrə seminar keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi ilə Latviya və Litvanın müdafiə nazirlikləri arasında cari il üçün ikitərəfli əməkdaşlıq planlarına əsasən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Baltikyanı dövlətlərin ekspertlərinin iştirakı ilə “Müdafiə siyasətinin planlaşdırılması və dövlət səviyyəli strateji planlama” mövzusunda seminar təşkil olunub.

Seminarda müdafiə siyasəti, müdafiə planlaşdırılması, milli təhlükəsizlik sahəsində strateji planlaşdırma sənədləri arasında əlaqə, ardıcıllıq və cəlb olunan iştirakçıların verəcəyi töhfələr, müdafiə qabiliyyətinin inkişaf etdirilməsi və digər mövzulara dair məruzələr dinlənilərək fikir mübadiləsi aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş