Azərbaycan və Böyük Britaniya hərbi hüquq ekspertləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Böyük Britaniya hərbi hüquq ekspertləri arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Azərbaycan Respublikası və Birləşmiş Krallığın Müdafiə Nazirlikləri arasında illik hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirlyinin Hüquq İdarəsində iki ölkənin hərbi hüquq üzrə ekspertlərinin işçi görüş keçirilib.

Tədbir zamanı müdafiə sahəsində qanunvericiliklə bağlı təcrübə mübadiləsi, hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial-hüquqi müdafiəsinin xüsusiyyətləri, Silahlı Qüvvələrdə hüquq xidmətinin təşkili məsələləri, eləcə də hərbi hüquqşünasların xidməti fəaliyyəti sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üzrə müzakirələr aparılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş