Azərbaycan və Ermənistan tankları “Ordu-2016”da qarşılaşacaq

Azərbaycan Silahlı Qüvvələri bu il Rusiyada keçiriləcək “Ordu-2016” beynəlxalq idman oyunlarında 3 istiqamət üzrə iştirak edəcək.

Bu barədə “AzeriDefence” beynəlxalq oyunların saytına istinadən məlumat verib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin qatılacağı istiqamətlər bunlardır – tank biatlonu, aviadarts və dəniz kuboku.

Tank biatlonunda Azərbaycan hərbçiləri 16 ölkənin, o cümlədən Ermənistan ordusunun tankçıları ilə mübarizə aparmalı olacaqlar. Ermənistan bunadək iki dəfə tank biatlonunda iştirak edib.

Beynəlxalq idman oyunlarında Azərbaycan, Anqola, Ermənistan, Belarus, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan iştirak edəcəklər.

Yarışlar iyulun 30-dan avqustun 13-dək Rusiyanın müxtəlif regionlarında  davam edəcək.

Qeyd edək ki, bundan əvvəl Azərbaycan 2015-ci ildə “Ordu-2015” beynəlxalq hərbi oyunlarının dəniz kubokunda iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş