Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir

Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir.

Bu barədə “Azeridefence”ə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib.

Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.

İşçi görüşü aprelin 28-dək davam edəcəkdir.

KATEQORIYA:
Bu xəbəri paylaş