Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb – FOTO

Bu gün Azərbaycanın və Gürcüstanın müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planı imzalanıb.

Bu barədə “AzeriDefence”yə məlumat Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilib.

Sənəd müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycana rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri Levan İzoria ilə keçirilən görüşü çərçivəsində imzalanıb.

Görüşdən əvvəl Gürcüstanın nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lideri Heydər Əliyevin, həmçinin Şəhidlər Xiyabanını ziyarət edib.

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri arasında əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirilib.

Görüşdə iki ölkənin hərbi əməkdaşlığının ikitərəfli və NATO çərçivəsində həyata keçirdiyi proqramlar, treninqlər vasitəsilə, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını xatırladan Z.Həsənov vurğulayıb ki, gələn ildə də ikitərəfli və üçtərəfli təlimlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsindən danışan Z.Həsənov bunun təkcə iki ölkənin inkişafında deyil, həm də bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

Müdafiə naziri beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəklədiklərinə, ərazi bütövlüyünü, Dağlıq Qarabağı onun ayrılmaz tərkib hissəsi kimi tanıdıqlarına görə gürcü xalqına minnətdarlığını bildirib.

O vurğulayıb ki, Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

Z.Həsənov iki ölkənin hərbi qurumları arasında 2017-ci il üçün əməkdaşlıq planının səmərəli tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Azərbaycanın müdafiə naziri görüşdə Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, işğalçı ölkənin dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini diqqətə çatdırıb.

İlk rəsmi səfərini məhz Azərbaycana etməsindən məmnunluğunu bildirən L.İzoria bunun ölkələr arasında əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsi olduğunu vurğulayıb.

Dövlətlər arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin dostluq münasibətlərinin mühüm rol oynadığını deyən Gürcüstanın müdafiə naziri bu cür görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini xüsusi qeyd edib.

L.İzoria onu da bildirib ki, gələn ildən Gürcüstan da Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərdə iştirak etməyə hazırdır.

Görüşdə Azərbaycan ilə Gürcüstan müdafiə nazirlikləri arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın perspektivləri, birgə hərbi təlimlərin keçirilməsinin imkanları, işçi görüşlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər dekabrın 17-dək davam edəcək

geo1

geo2

geo3

geo4

geo5

geo6

geo7

geo8

geo9

geo11

KATEQORIYA:
Bu xəbəri paylaş