Azərbaycan və Gürcüstan müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər

Müdafiə Sənayesi Nazirliyində Azərbaycanda səfərdə olan Gürcüstanın müdafiə nazirinin müavini Davit Ebralidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib . Nümayəndə heyətinə nazirliyin fəaliyyəti ilə bağlı məlumat verilib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müdafiə sənayesi üzrə əməkdaşlığa və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Gürcüstanın Azərbaycandakı hərbi attaşesi də görüşdə iştirak edib.

KATEQORIYA:
Bu xəbəri paylaş