Azərbaycan və Gürcüstanın müdafiə nazirləri cəbhədəki vəəziyyəti müzakirə edib

Aprelin 4-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli ilə qoşunların təmas xəttində yaranmış vəziyyəti telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı xanım T.Xidaşeli Gürcüstanın daim Azərbaycanın ərazi bütövlüyünü təmin olunmasını dəstəklədiyini qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüququn normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə Gürcüstan tərəfinə minnətdarlığını ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş