Azərbaycan və İran arasında hərbi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin ilə görüşüb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-İran münasibətlərinin inkişafında dövlət başçılarının rolu xüsusi qeyd edilən görüşdə bütün istiqamətlərdə olduğu kimi hərbi sahədə də əlaqələrin uğurla davam etdiyi vurğulanıb.

Hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən tərəflər əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Xəzər dənizində iki ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə birgə təlimlərin keçirilməsi, hərbi gəmilərin qarşılıqlı dostluq səfərlərinin, müxtəlif istiqamətlərdə ekspertlərdən ibarət işçi görüşlərinin təşkili, təcrübə mübadiləsi məsələlərinə də diqqət yetirilib.

İran İslam Respublikasının Silahlı Qüvvələrinin Azərbaycandakı hərbi attaşesi polkovnik Əmir Fərəci Moez də görüşdə iştirak edib

KATEQORIYA:
Bu xəbəri paylaş