Azərbaycan və İran arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü keçirilir

Bu gün Bakıda Azərbaycanın Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında hərbi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tərəflər hərbi, hərbi-texniki, hərbi tibb və səhiyyə, mədəni və idman tədbirləri, o cümlədən hərbi-mülki əməkdaşlıq və digər istiqamətləri əhatə edən sahələri müzakirə edəcəklər.

Görüş oktyabrın 25-dək davam edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş