Azərbaycan və İranın müdafiə nazirləri qoşunların təmas xəttindəki vəziyyəti müzakirə ediblər

Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Danışıqlar zamanı, general-mayor H.Dehqan İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

KATEQORIYA:
Bu xəbəri paylaş