Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunur

Noyabrın 10-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyət planına uyğun olaraq, NATO-nun təhsil üzrə ekspertləri ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mütəxəssisləri arasında işçi görüşü başlayıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib .

İki gün davam edəcək tədbirdə hərbi təhsil və təlim sahəsi üzrə Azərbaycan-NATO birgə fəaliyyət planının icmalı, gələcək məqsəd və tədbirlər müzakirə ediləcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş