Azərbaycan və Polşanın müdafiə nazirləri görüşüb

Varşava şəhərində Azərbaycan və Polşanın müdafiə nazirlərinin görüşü olub.

Bu barədə “AzeriDefence” Polşanın Milli Müdafiə Nazirliyinə istinadən məlumat verib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Polşanın müdafiə naziri Antoni Maçereviç arasında keçirilən görüşdə müdafiə  və təhlükəsizlik sahəsində əməkdaşlıq imkanları, habelə hərbi-texniki sahədə əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

Səfər çərçivəsində Z.Həsənov MSPO-2017 Beynəlxalq Müdafiə Sənayesi sərgisində iştirak edəcək.

 

KATEQORIYA:
Bu xəbəri paylaş