Azərbaycan və Rusiya FHN-ləri arasında görüş olub

Xəzər hövzəsi ölkələrinə yanğınsöndürmə və xilasetmə mütəxəssislərinin hazırlığını həyata keçirəcək regional tədris mərkəzinin yaradılması müzakirə olunub

Azərbaycan və Rusiya Fövqəladə Hallar nazirlikləri Xəzər dənizi akvatoriyasında qəza hallarının aradan qaldırılması və çevik reaksiya verilməsi, kadrların hazırlanması kimi sahələrdə əməkdaşlığı inkişaf etdirəcək.

“AzeriDefence”nin Rusiya FHN-in saytına istinadən verdiyi məlumata görə, ötən gün Azrbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağı-Zadə və Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun görüşündə bununla bağlı müzakirələr aparılıb. V. Puçkov bildirib ki, dövlətlərarası qarşılıqlı yardım mexanizmlərini inkişaf etdirmək, xəbərdarlıq və qəzaların nəticələrinin aradan qaldırılması sahəsində mövcud beynəlxalq hüquqi bazanı təkmilləşdirmək lazımdır.

Görüşdə fövqəladə hallar barədə xəbərdarlıq və fövqəladə halların aradan qaldırılması sahəsində kadrların hazırlanması məsələsi xüsusi mövzu olub. Görüşdə Xəzər hövzəsi ölkələrinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin mütəxəssislərinin hazırlığını həyata keçirəcək regional tədris mərkəzinin yaradılması məsələsinə də toxunulub. Bildirilib ki, bununla bağlı bütün lazımlı təşkilat sənədləri hazırlanıb və ölkədaxili prosedur keçir.

V.Puçkov Azərbaycan FHN-ı payızda Həştərxanda keçirilməsi planlaşdırılan təlimdə iştiraka dəvət edib.

Görüşdə əldə olunmuş razılaşmaya əsasən may ayında Rusiya FHN-nin işçi qrupu məsləhətləşmələrin aparılması üçün Bakıya səfər edəcək.

KATEQORIYA:
Bu xəbəri paylaş