Azərbaycan və Rusiya hərbçiləri kimyəvi, bioloji və radioloji müdafiə məsələlərini müzakirə ediblər

Azərbaycanın və Rusiyanın hərbi mütəxəssisləri arasında kimyəvi, bioloji və radioloji müdafiə üzrə işçi görüşü keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Naziliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi və Rusiya Federasiyası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrin Hərbi Akademiyasında keçirilən görüşdə hər iki dövlətin hərbi qurumlarının kimyəvi, bioloji və radioloji müdafiə sahəsində əldə etdikləri təcrübə müzakirə olunub, bu sahədə elmi mübadilənin aparılmasının vacibliyi vurğulanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş