Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşüb

Bu gün Moskva şəhərində Rusiyanın müdafiə naziri ordu generalı Serqey Şoyqu ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun arasında görüş olub.

“AzeriDefence”nin Rusiya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə beynəlxalq, Xəzər dənizində və Cənubi Qafqazda təhlükəsizlik məsələləri müzakirə olunub.

“Bizim hərbi əməkdaşlığımız ölkələrimiz arasında digər sahələrdə olduğu kimi strateji xarakteri daşıyır. Düşünürəm ki, bu sahədə əməkdaşlığın yüksəldilməsi üçün potensial var. Əlbəttə, hər şeyi edəcəyik ki, bizim dostluq əlaqələrimiz və strateji əməkdaşlığımız inkişaf etməyə davam etsin”, – deyə S. Şoyqu bildirib.

Şoyqu Rusiyada keçiriləcək “Armiya-2016” beynəlxalq oyunlarında Azərbaycan komandalarını görməyə ümid etdiyini deyib. O, Azərbaycan tərəfini “Armiya-2016” hərbi-texniki forumunda iştiraka dəvət edib.

Hazırda Rusiyanın ali hərbi məktəblərində Azərbaycan Silahlı Qüvvələrinin 72 hərbi qulluqçusunun təhsil aldığını deyənn Z. Həsənov növbəti ildə bu sayın 88 nəfər olacağını ifadə edib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş