Azərbaycan və Türkiyə müdafiə nazirləri görüşüb

Mayın 23-də Batumi şəhərində müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Fikri İşık arasında görüş keçirilib.

Bu barədə “Azeridefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, tərəflər Azərbaycan ilə Türkiyənin hərbi əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini və ölkələrimiz üçün faydalı olduğunu qeyd ediblər.

Regional və qlobal səviyyədə sülhə və sabitliyə töhfə vermək məqsədilə fəaliyyətlərin davam etdirilməsi, birgə təlimlərin keçirilməsi, mütəxəssislərdən ibarət işçi görüşlərinin təşkili, eləcə də hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş