Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub – YENİLƏNİB

İstanbul şəhərində Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib.

“AzeriDefence”nin Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın görüşündə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri, həmçinin regional təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə nazirləri ölkələrimiz arasında hərbi əməkdaşlığın daim inkişaf etdiyini, strateji tərəfdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd ediblər.

Tərəflər bu günlərdə Bakıda keçirilən Azərbaycan-Türkiyə 8-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının nəticələrini əks etdirən yekun Protokolunun imzalanmasını da xüsusi qeyd edərək Silahlı Qüvvələr arasında əlaqələrin inkişaf perspektivləri, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın imkanları, birgə təlimlərin keçirilməsi, o cümlədən regional və qarşılıqlı tərəfdaşlığa dair bir sıra məsələlər barədə müzakirələr aparıblar.

gorus3

KATEQORIYA:
Bu xəbəri paylaş