Azərbaycan və Ukrayna arasında sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub – FOTO/VİDEO

Kiyevdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevlə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi Petr Siqikal arasında görüş keçirilib.

Bu barədə “AzeriDefence” Ukraynanın Dövlət Sərhəd Xidmətinə (DSX) istinadən məlumat verib.

Görüşdə quru və dəniz sərhədlərində, eləcə də sərhəd buraxılış məntəqələrində vəziyyətə dair fikir mübadiləsi aparılıb. Sərhəd təhlükəsizliyi və nəzarəti sahəsində müasir texnologiyalardan istifadə müzakirə olunub.

Görüşdə GUAM çərçivəsində iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunaraq ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Sərhəd xidmətləri rəhbərləri həmçinin, sərhəd cinayətləri və terrorizm kimi ümumi təhlükələrlə mübarizə istiqamətində səyləri birləşdirməyə ehtiyac olduğunu və bu məqsədlə qarşılıqlı əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildiriblər. Xüsusilə sərhəd təhlükəsizliyi və risklərin birgə təhlili, narkotik qaçaqmalçılığı ilə mübarizə, eləcə də kadr hazırlığı sahəsində əlaqələrin əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda Sərhəd Xidmətləri rəhbərləri tərəfindən görüşün Protokolu imzalanıb.

Azərbaycan nümayəndə heyəti Ukrayna Sərhəd Xidmətinin general İqor Momot adına Təlim Mərkəzində olub.

KATEQORIYA:
Bu xəbəri paylaş