Azərbaycan xüsusi təyinatlıları “Qafqaz Qartalı-2017” təlimində iştirak edəcəklər

İyunun 4-dən 14-dək Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin xüsusi təyinatlılarının iştirakı ilə “Qafqaz Qartalı-2017” (Caucasus Eagle 2017) təlimi keçiriləcək.

Bu barədə “AzeriDefence” Gürcüstan mediasına istinadən məlumat verib.

Təlimlərdə hər ölkədən bir xüsusi təyinatlı bölük tam təchizatı ilə iştirak edəcək. Təlimlərdə üç ölkənin xüsusi təyinatlılarının birgə əməliyyat planlaşdırması, icrası, terrorizmlə mübarizə imkanları nəzərdən keçiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş