Azərbaycana külli miqdarda narkotik vasitə keçirmək istəyən iranlı sərhəd pozucuları yaxalanıb

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmal yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, noyabr ayının 24-də Astara rayonunun Orucməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhə­dinin pozulmasına cəhd edilib. Sərhədçilərin sayıqlığı nəticəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu yaxalanıb.

İran İslam Respublikasının vətəndaşları olan sərhəd pozucularının- 1972-ci il təvəllüdlü Sasanian Vəhdət Qasım oğlunun və 1973-cü il təvəllüdlü Qəvipur Xotpesara Fərəc oğlunun üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunub.

Fakt üzrə əməliyyat və istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş