Azərbaycanda bir ay ərzində 1 414 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

 

Azərbaycanda bir ay ərzində 1 414 ədəd partlamamış hərbi sursat, 13 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq, zərərsizləşdirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 7 aprel – 06 may 2016-cı il tarixlərində Bakı şəhəri, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Zərdab, Şəmkir, Cəlilabad, Ucar və Samux rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatında bildirilir.

Hesabata əsasən, Agentlik tərəfindən 7 aprel – 6 may 2016-cı il tarixləri ərzində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Zərdab, Şəmkir, Cəlilabad, Goranboy, Ucar və Tovuz rayonlarında 434 ev və həyətyanı sahəyə, 2 hərbi hissə, 2 kənd qəbirstanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma və əkin sahələrinə baxış kecirilib, 1 414 ədəd partlamamış hərbi sursat və 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 6 (altı) ədəd tank əleyhinə mina aşkar olunaraq, zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil çevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş