Azərbaycanda ən yaşlı müharibə veteranının 106 yaşı var

Azərbaycanda bu gün İkinci Dünya Müharibəsində bilavasitə döyüşlərlə iştirak etmiş 550 veteran yaşayır.

Bu barədə “AzeriDefence”yə açıqlamasında Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov məlumat verib.

C.Xəlilovun sözlərinə görə, ən yaşlı müharibə veteranının 106 yaşı var. Bundan başqa, 102 yaşlı 1 nəfər (milliyətcə ukrainalı – hərbi təyyarəçi olub) və 100 yaşlı 6 müharibə veteranı var.

İkinci Dünya Müharibəsində döyüşlərdə iştirak etmiş qadınlardan isə həyatda qalanların sayı 40 nəfərdən çoxdur.

KATEQORIYA:
Bu xəbəri paylaş