Azərbaycanda hərbçilərin maaşları artırıldı

Azərbaycan prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, sərəncama əsasən, adıçəkilən qurumların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dən bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş