Azərbaycanda istehsal olunan döyüş sursatlarının çeşidləri genişlənir – FOTOLAR

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) Silahlı Qüvvələrin və güc strukturlarının döyüş sursatlarına olan ehtiyacının əhəmiyyətli hissəsini yerli istehsal hesabına qarşılayır.

“AzeriDefence”nin məlumatına görə, MSN müsəssisələrində hazırda müxtəlif çaplı tapança, avtomat, pulemyot patronları, qumbaratanlar və minaatanlar üçün döyüş sursatları istehsal edilir.

Yaxın vaxtlarda istifadəyə veriləcək müəssisədə isə tank və artilleriya mərmilərinin istehsalı həyata keçiriləcək.

MSN cari ilin sonu, 2016-cı ilin əvvəllərində snayper tüfəngləri üçün patronların da istehsalına başlamağı planlaşdırır.

Azərbaycan müəssisələrində istehsal edilən döyüş sursatlarının xarici ölkələrə ixracatı da həyata keçirilir.

_MRS8149

_MRS8147

_MRS8151

_MRS8150

_MRS8152

_MRS8554

_MRS8560

_MRS4683

KATEQORIYA:
Bu xəbəri paylaş