Azərbaycanda zirehli texnikalar üçün tüstü qurğuları və qumbaraları istehsal olunacaq

Müdafiə Sənayesi Nazirliyinin “Optika-Mexanika” İstehsalat Birliyi 2017-ci ildən D-81 tüstü qurğuları və onlar üçün qumbaraların istehsalına başlayacaq.

Bu barədə “AzeriDefence”yə İstehsalat Birliyinin baş direktoru Çingiz Əliyev məlumat verib.

Ç. Əliyevin sözlərinə görə, tüstü qurğuları üçün 3 növ D-6 tüstü qumbaraları istehsal olunacaq. MSN Elmi Tədqiqat İnstitunda yaradılmış bu tüstü qumbaraları bazardakı analoqlarından özünün daha müasir və effektiv olması ilə seçilir.

Qeyd edək ki, D-81 tüstü qurğuları hərbi texnikanın tüstü maskalanmasını təmin etmək üçün nəzərdə tutulur.

 

KATEQORIYA:
Bu xəbəri paylaş