Azərbaycandakı hərbi attaşelər Ali Hərbi Məktəbində olublar – FOTOLAR

Xarici dövlətlərin Azərbaycanda akkreditə olunan hərbi attaşeləri Heydər Əliyev adına Ali Hərbi Məktəbdə olublar.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

On dörd dövləti təmsil edən hərbi attaşelik aparatının on yeddi nümayəndəsi tədris prosesi ilə tanış olub, məktəb haqqında brifinq dinləyib və onları  maraqlandıran suallar cavablandırılıb.

Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş