Azərbaycandakı xarici dövlətlərin hərbi attaşeləri hərbi hissəsəni ziyarət ediblər – FOTOLAR

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün noyabrın 8-də Hərbi Dəniz Qüvvələrinə (HDQ) tanışlıq səfəri təşkil olunub.

“AzeriDefence”nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumatına görə, on dörd dövləti təmsil edən 20-dən çox hərbi attaşelik aparatının nümayəndələrinə HDQ barədə brifinq təqdim edilib, onları maraqlandıran suallar cavablandırılıb.

Eyni zamanda, qonaqlar hərbi hissənin qərargahı, silahlanmasındakı hərbi texnikası, şəxsi heyətin yerləşmə şəraiti, inzibati binaları, əsgər yeməkxanası və digər obyektləri ilə tanış olublar.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

attase1 (1)

attase2

attase3

attase4

attase5

attase6

attase7

attase9

KATEQORIYA:
Bu xəbəri paylaş