Azərbaycanın 2016-cı ildə aldığı düşməni lərzəyə salan silahlar – VİDEO

2016-cı ilin əsas hadisəsi aprel döyüşləri olsa da ümumilikdə il Azərbaycan Ordusunun aktiv silahlanması və istifadəsindəki silah sistemlərini tətbiqi ilə yadda qaldı. Bu silah sistemlərinin bəzilərinin nümayişi regionda və dünyada böyük rezonansa səbəb oldu.

“AzeriDefence” 2016-cı ildə Azərbaycan Ordusunun istifadəyə qəbul etdiyi yeni silah və hərbi texnikaları təqdim edir.

İsrail istehsalı olan “Harop” gəzən sursatları uzaq mənzildə rəqibin hava hücumundan müdafiə vasitələri, hərəkətli və stasionar hədəfləri ilə mübarizə üçün nəzərdə tutulur. “Harop”un sürəti 185 km/saat, havada qalma müddəti 6 saat, uçuş uzaqlığı 1000 km-dən çoxdur. Uzunluğu 2.5 metr, qanad açıqlığı 3 metr təşkil edən “Harop”un çəkisi 135 kq, partlayıcı yükü 13/23 kiloqram təşkil edir. Azərbaycan aprel döyüşlərində “Harop”la uğurlu atışlar gerçəkləşdirdi.

Harop LM 1

HAROP

“Barak-8” ZRK atış mənzili 90 km, hədəfi məhv etmə yüksəkliyi isə 16000 metrə yaxındır. Raketin uzunluğu 4.5 metr, diametri 0.225 m, ümumi ağırlığı 275 kq, döyüş başlığı 60 kq təşkil edir. Yüksək manevr qabiliyyətinə malik “Barak 8” iki pilləli raket mühərrikinə sahibdir və şaquli atışla buraxılır. Raket aktiv arayıcı başlıq (RF/infraqırmızı) sayəsində hədəfə yönəlir və sürəti 2 maxdır (680 metr/saniyə). “Barak-8” ZRK gəmi əleyhinə raketlərə, supersonik raketlərə, ballistik raketlərə, təyyarə, helikopter, PUA kimi hava təhdidlərinə qarşı nəzərdə tutulur.

barak (1)

BARAK-8

MSN müəssisəsində İsrailin “Aeronautics” şirkəti ilə birgə istehsal edilən “Zərbə” kamikadze PUA-nın testləri yay aylarında keçirilib. Seriyalı istehsalına sentyabr ayında başlanıb. PUA gündüz və gecə optik sensorları ilə yanaşı gövdə daxilində 2 kiloqramadək partlayıcı maddə daşıyır. PUA-nın havaya qalxması katapult vasitəsi ilə “K1iller” adlı yüngül zirehli maşın üzərindən həyata keçirilir. Geri qaytarıldıqda isə eynilə “Orbiter-2”lərdə olduğu kimi paraşütdən və hava yastığından istifadə edilməklə PUA-nın təhlükəsiz enişi təmin olunur. 3 saata yaxın uçuş kanalına malik bu kamikadze PUA-nın uçuşuna kiçik kompüter vasitəsi ilə nəzarət olunur. PUA həmçinin paraşütdən və təhlükəsizlik yastığından istifadə etməklə bazasına eniş etməyi bacarır.

Processed with Snapseed.

“Zərbə” kamikadze PUA

MSN İsrailin “Aeronautics” şirkəti ilə həmçinin “Orbiter-3” və “Orbiter-4” PUA-ların istehsalına başlayıb. “Orbiter-3” PUA-nın qanad açıqlığı 4.40 metr, çəkisi 30 kq, faydalı yükü 5.50 kq, sürəti 70 mil, uçuş müddəti 7 saat, uçuş məsafəsi 100 km-dən çoxdur. PUA-nın data-link bağı 150 km radiusda əlqaə qurmağa imkan verir.

“Orbiter 4” mini taktik PUA 24 saat havada qalır. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA 18000 fut yüksəkliyə qalxaraq verilən tapşırıqları yerinə yetirmə bacarır.

2016-cı ildə İsraildən alınmış “Sand Cat” maşınları. MN rəsmilərinin sözlərinə görə, Azərbaycanın aldığı “Sand Cat”lar standart maşınlardan mina partlayışlarına qarşı qoruması ilə seçilir. Maşınlar İsrailin “Rafael” şirkətinin istehsalı olan distans idarəetməli döyüş modulları ilə silahlandırılıb. Azərbaycan Silahlı Qüvvələri bu maşının ən azı 4 fərqli konfiqurasiyasını alıb.

sand (6)

SANDCAT

 

İsrailin “Rafael” şirkətindən alınmış “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarına inteqrasiya olunur. “Samson MLS” distans döyüş moduluna 12,7 mm və 7.62 mm-lik pulemyot, habelə iki ədəd “Spike” tipli tank əleyhinə idarə olunan raket buraxıcı qurğusu yerləşdirmək mümkündür.

sand (5)

Samson-MLS

Azərbaycan-Kanada birgə müəssisəsi olan AZCAN 2016-cı ildə “Huron” və “Sentry” zirehli avtomobillərini Azərbaycanın güc qurumlarına təklif edib.

azc

“Huron” və “Sentry” – AZCAN

Ukraynanın “SpetsTehnoEksport” müəssisəsinin istehsalı olan “Taipan” döyüş modulu da son bir ildə Azərbaycan Ordusunun istifadəsinə daxil olmuş yeni silah sistemlərindəndir. Modulda əsas silah olaraq bir ədəd iki lüləli 23 mm, yardımçı silah olaraq bir ədəd 7.62 (yaxud 12.7 mm) mm çaplı pulemyot, yaxud 30 mm çaplı qumbaraatan qurğusu daxildir. “Taipan” 23 mm çaplı pulemyotla 1.8 km məsafədə hədəflərə effektiv atəş aça bilir.

taipan-Azcan (1)

“Taypan” döyüş modulu

Türkiyə istehsalı olan 300 mm-lik T-300 “Qasırğa” RYAS-ın təhvil verilməsinə 2014-cü ilin sentyabr ayında başlanıb. 2016-cı ildə silah sisteminin çatdırılması və mənimsənilməsi yekunlaşıb. ROKETSAN rəsmiləri Azərbaycanın “Qasırğa” üçün idarəolunan raketlər sifariş verdiyini və bu raketlərin çatdırılmasına yaxın aylarda başlanacağını açıqlayıblar. “Qasırğa”nın idarə olunan TRG-300 raketlərinin mənzili 120 km arasında, dəqiqliyi 10-20 metrdir. TGPS və İNS naviqasiyasına malik TRG-300 raketinin dəqiqliyi maksimum məsafədə 30 metr, raketin uzunluğu 5.24 metr, ağırlığı 585 kiloqram təşkil edir.

kasirga

T-300 “Qasırğa”

Türkiyə istehsalı olan UMTAS və OMTAS raketləri. Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən BRDM-2 zirehli kəşfiyyat döyüş maşını üçün hazırlanmış “Mizraq” adlı döyüş modulunun silahlanmasına daxil edilib. Bu sistemin 2017-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbulu planlaşdırılır. Kompleksin üzərində 4 ədəd döyüşə hazır raket və elektro-optik cihazlar yerləşir. Qüllə 360 dərəcə ətrafda -10, +35 dərəcə vertikal bucaq altında atəş açmağa imkan verir. OMTAS-ın mənzili 200-4000 metr, UMTAS-ın mənzili isə 500-8000 metrdir.

mizraq (1)

“Mizraq” TƏİR qülləsi

İsrailin “Rafael” şirkətindən 10 il əvvəl alınmış “Spike” tank əleyhinə idarə olunan raketlər aprel döyüşlərində praktik tətbiq olunub. Azərbaycan son iki ildə “Spike”nin 25 km mənzilə malik NLOS (Non-Line Of Sight) versiyasını əldə edib. Azərbaycan Ordusu raketin müxtəlif modifikasiyalarının (Spike-SR, Spike-MR, Spike-LR, Spike-ER) istifadəçisidir.

spayk (1)

“Spike” TƏİR-lər

İAİ şirkətinin istehsalı olan LAHAT tank əleyhinə raket. 105 mm. kalibrli LAHAT raketinin uzunluğu 975 mm, çəkisi 13 kq, döyüş başlığının çəkisi 2,5 kq, atış məsafəsi 13 km-dir.

LAHAT

LAHAT

Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu (ETİ) tərəfindən hazırlanmıçş GSM/BS-REM kompleksi döyüş və antiterror əməliyyatları zonasında mobil GSM rabitəsinin baza stansiyalarının susdurulması üçün işlənib hazırlanıb. Çıxış gücü 50Vt təşkil edən kompleks 880-1980 MHz tezliklərdə fəaliyyət göstərir. Bir nəqliyyat vasitəsinə bazalaşdırıla bilən kompleksin ötürücüsünün çəkisi 22 kq, antenlərin çəkisi 10 kq təşkil edir. GSM/T-REM cihazı isə ərazidəki mobil GSM rabitə terminallarının susdurulması üçün nəzərdə tutulur. 925-2170 MHz tezliklərdə çalışan kompleks maşınlara quraşdılır. Müəssisənin KNS-REM adı verilmiş GPS və QLONASS peyk naviqasiya sistemlərinin siqnallarına maneəqoyma stansiyası isə döyüş əməliyyatları zonasında düşmənin peyk naviqasiyasından istifadə edən sistemlərini, avtomatlaşdırılmış artilleriya-kəşfiyyat komplekslərinin, o cümlədən pilotsuz uçuş aparatlarının fəaliyyətini əngəlləmək üçün vacibdir. Çıxış gücü ən azı 30Vt təşkil edən stansiyanın təsir məsafəsi ən azı 30 kilometrdir. 400x160x680 mm ölçülərə malik stansiyanın nəqliyyat vasitələrindən yerləşdirilməsi mümkündür.

rem

Azərbaycan istehsalı olan REM cihazları

2016-cı ildə Sərhəd Qoşunlarının silahlanmasına daxil olmuş 7.62×51 mm(.308 Win) çaplı “Yalquzaq” snayper tüfəngi Azərbaycan MSN-in mühəndisləri tərəfindən yaradılıb. Çəkisi boş halda 7.1 kq təşkil edən “Yalquzaq” snayper tüfəngi 10 patron tutumlu daraqla dəstləşdirilir və döyüş atəş tezliyi dəqiqədə 10-15 atışdır. Testlər zamanı bu silahla 1000 metr məsafədə hədəflərin yüksək dəqiqliklə vurulması qeydə alınıb.

Yalquzaq

“Yalquzaq” snayper tüfəngi

Silahlı Qüvvələrin 2016-cı ildə istifadəyə qəbul etdiyi EM-14 avtomatı 5.56×45 mm çaplı patronlardan istifadı edir. Avtomat 6 pilləli tənzimlənən qundağa,kollimatora, lülə üzərində piccatini relsinə və şəffaf darağa malikdir. Avtomatın atış tempi dəqiqədə 660 atəş, güllənin lülədən çıxış sürəti 860 m/saniyə, nişanalma məsafəsi 1000 metr, çəkisi 3.8 kq-dır. Avtomatın iş prinsipi qaz təpməsi və çaxmağın fırlanmasına əsaslanır.

AZ-7.62 avtomatı – 7.62×39 mm çaplı avtomatın çəkisi 3.8 kq, atış məsafəsi 1000 metr, darağının tutumu 30 patron, resursu 10 000 atışdır. Silahın gövdəsi üzərində pikatini relsi yerləşdirilib və kollimatorla dəstləşdirilib.

EM-14 (3)

EM-14 və AZ-7.62 avtomatları

2016-cı ilin sentyabr ayında ADEX-2016 beynəlxalq müdafiə sərgisində nümayiş polunan NST-14.5 snayper tüfənginin çəkisi 20 kq təşkil edən tüfəngin uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm-dir. Tüfəng 5 patron tutumlu darağa sahibdir. Nişangah mənzili 2000 metr təşkil edir.

nst

NST-14.5 snayper tüfəngi

MSN istehsalı olan “İldırım” MRAP altı silindrli, 265 at gücündə “Cummins İSBe 270 BS-III” mühərriki, mexaniki transmissiya və havalandırma sistemi ilə təchiz olunub. Maşının boş ağırlığı 13 ton, döyüş ağırlığı 15.5 ton, sürəti 90 km/saat, gediş ehtiyatı 600 kilometrdir. Maşın yanlarda 2 ədəd və arxada mexaniki açılıb bağlanan qapılara, damda isə iki lyuka sahibdir. Zirehli maşının güllələrə qarşı qoruması STANAG 4569 level 2, mina və əldəqayırma partlayıcı maddələrə qarşı qoruması isə STANAG 4569 level 2A/2B cavab verir. Sürücü və komandirdən ibarət heyətə malik “İldırım” salonda tam təchizatlı 10 əsgəri daşımağa imkan verir.

ildi

“İldırım MLS” MRAP

Belarusun OKB “TSP” şirkətindən satın alınmış RLS-50 radarı müasir hava hədəflərinin, o cümlədən havadan hücuma keçən pilotsuz uçuş aparatlarının avtomatik müəyyən edilməsi, müşayiət olunması və hərəkət / koordinat parametrlərinin hesablanması üçün nəzərdə tutulur.

rls50

RLS-50

Rusiya istehsalı olan 9K123 “Xrizantema-S” tank əleyhinə özüyeriyən raket kompleksi. 2014-cü ildə sifariş verilib. “Xrizantema-S” döyüş komplektində lazer və radiosiqnala idarə olunan 4 fərqli raket tipi, habelə axtarış radarı və optik nişangah yer alır. BMP-3 döyüş maşınlarının şassisi üzərində yerləşməsi onun manevr imkanlarını daha da artırır.

xrizes.jpg

İsrailin “Elbit Systems” şirkəti ilə birgə modernizə edilmiş və aktiv müdafiə sistemi ilə təchiz edilmiş T-72SİM1 tankı. Tankın üzərində qurulmuş lazer aşkarlayıcı lazerlə idarə olunan tank əleyhinə  raketləri 360 dərəcə ətrafda 600 metr məsafədən aşkarlamağa imkan verir. Bundan sonra avtomatik şəkildə işə düşən sursat 100 metr məsafədən təhdidi məhv edir.

tank (1)

Aktiv müdafiə sistemi ilə təchiz olunmuş T-72SİM1 tankı

“Tufan” layihəli (OPV-62 “Saar”) gözətçi gəmisi. Uzunluğu 62 metr, su basımı 470 tondur. Hazırda Azərbaycan Silahlı Qüvvələrində özünün təchizatına görə ən müasir hərbi gəmi olan “Tufan”da 25 km atış mənzilinə sahib idarə olunan “Rafael” şirkətinin istehsalı olan “Spike-NLOS” raketləri tətbiq edilir. Gəminin göyərtəsinə hər cür hava şəraitində helikopterlərin enib qalxması mümkündür. Gəmidə əlavə olaraq, həm məsafədən idarə edilən, həm də mexaniki şəkildə atışların aparılmasına imkan verən bir ədəd 23 mm çaplı 2A14 topuyla silahlandırılmış “Typhoon”, iki ədəd 12.7 mm çaplı M2HB pulemyotu ilə silahlandırılmış “Mini Typhoon” döyüş modulu, habelə iki ədəd “Negev” pulemyotu yer alır. Gəminin naviqasiya sisteminə “Elta EL/M-2228X” kombinə olunmuş radar, “Furuno” naviqasiya radarı, “Rafael” şirkətinin istehsalı olan “Toplite” elektro-optik sistemi, gəminin idarə olunan raketlərdə mühafizəsi üçün WIZARD (Wideband Zapping Advanced Radar Decoy) maneə, uzaq məsafədən su altı təhdidləri aşkarlamaq üçün ən müasir sonar sistemi qurulub.

 

photo_20161010093731

“Tufan” (OPV-62) gəmisindən “Spike-NLOS” raketi ilə atış

 

KATEQORIYA:
Bu xəbəri paylaş