Azərbaycanın “Azairtechservice” şirkəti “Dubai Airshow-2015” sərgisində iştirak edəcək

Noyabr ayının 8-dən 12-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Dubai Airshow-2015” beynəlxalq aviasiya sərgisi və şousu keçiriləcək.

Bu barədə “AzeriDefence”yə aviaşounun təşkilat komitəsindən məlumat verilib.

Sərgi və aviaşouda dünyanın müxtəlif ölkələrindən mülki və hərbi aviasiya sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edəcəklər.

Sərgi bölməsində Azərbaycanı “Azairtechservice” şirkəti təmsil edəcək. Sərgi və aviaşouya Azərbaycandan ziyarətçi qismində nümayəndə heyətləri qatılacaq.

Sərgi çərçivəsində aeroport və aviasiya təəhlükəsizliyinə həsr olunmuş beynəlxaq konfransın keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Dubai Airshow-2015” dünyanın üç ən böyük aviasiya sərgi və şousu arasında yer alır. 2013-cü ildə keçirilmiş son sərgi zamanı 206.1 milyard dollar dəyərində alğı-satqı müqavilələri imzalanıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş