Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, aprel ayının 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd  zastavasının xidməti sahəsində İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Aprelin 13-də isə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində  Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası  vətəndaşı  21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş